Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının bir qrup üzvü Şəhidlər Xiyabanını ziyarət edibbackend
Bu gün Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının bir qrup üzvü Zəfər Günü münasibətilə hər iki Şəhidlər Xiyabanını ziyarət edib.
“Yeni Gundem” xəbər verir ki, Zəfər Günündə İcma üzvü Afidə Əhmədovanın qardaşı, birinci Qarabağ savaşının şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Əsəd Cəlal oğlu Əhmədovun xatirəsi yad olunub,  məzarı üstünə tər güllər düzülüb, ruhuna dualar oxunub. Daha sonra şura üzvləri II Şəhidlər Xiyabanında Vətən Müharibəsi şəhidlərinin məzarını ziyarət ediblər.
Ziyarət əsnasında bır sıra şəhid ailələri ilə  səmimi söhbətlər aparılıb, şəhidlərimizin xatirələri anılıb. Böyük Zəfərin əldə olunmasında danılmaz xidmətlərindən, xalqımızın şəhidlərə olan ehtiramından və hər bir azərbaycanlının qəlbində ən yüksək məqamda olmalarından  bəhs edilib. Şəhid ailələri Müzəffər Ali Baş Komandana onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Ziyarət zamanı icma üzvləri bir sıra televiziya kanallarının müxbirlərinə müsahibə verərək, Zəfər sevinclərini bölüşüb, Azərbaycan xalqının öz prezidenti ətrafında sıx birləşdiyini qeyd edərək daha böyük uğurlara, qələbələrə imza atılacağına  əminliklərini bildiriblər.