“Qərbi Azərbaycan İnstitutu yaradılmalıdır”backend
Əziz Ələkbərli: “Bu institut Ermənistanla bağlı tarixi-strateji mərkəz funksiyasını yerinə yetirməlidir”
Qarabağımızı 30 ilə yaxın müddətdə işğal altında saxlayan mənfur ermənilər utanmadan, həyasızcasına bizə məxsus tarixi-dini abidələrimizə, alban kilsələrinə iddia edir, abidələrimizin aqibətindən “narahat” olduqlarını deyirlər. Ermənilərin Qarabağdakı tarixi-dini abidələrimizin başına hansı oyunları açdıqları, bir qismini “erməniləşdirməyə” çalışdıqları, qalanları isə bünövrələrinə qədər sökdükləri hamımıza məlumdur. Şübhəsiz, ermənilərin Qarabağda xalqımıza məxsus qədim məbədlərə iddiası absurddur.
Amma Qərbi azərbaycanlıların öz doğma yurdlarındakı çoxsaylı tarixi və dini abidələrin, məscidlərin aqibəti haqqında məsələ qaldırmağa və həqiqətən narahat olmağa ciddi əsasları var. Qarabağda kilsə “dərdinə” düşən ermənilər elə Qarabağın özündə və Qərbi Azərbaycanda qədim məbədlərimizi, tarixi tikililərimizi yerlə-yeksan ediblər. “İbadət” məqsədi ilə alban kilsələrinə gəlmək istəyən ermənilər zəbt etdikləri torpaqlarımızda müsəlmanların ibadəti üçün salamat məscid qoyublarmı?
Mövzu ilə bağlı suallarımızı cavablandıran millət vəkili, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib ki, ermənilərin Qarabağdakı tarixi-dini abidələrimizin, alban kilsələrinin aqibətindən “narahat” olmaları siyasi riyakarlıqdan başqa bir şey deyil. Deputatın sözlərinə görə, ermənilər çox yaxşı bilirlər ki, Cənubi Qafqazda onların cəmi iki yüzillik tarixi var. Əlbəttə, ona da tarix demək mümkündürsə:
“Bu iki yüzillik “erməni tarixi” şərəfsizliklərlə doludur. Məsələn, Kəlbəcərdə cəmi son 27 ildə mövcud olmuş ermənilər yeddi əsr bundan əvvəl Arzu xatun tərəfindən tikdirilmiş Xudavəng monastırına necə iddia qaldıra bilər? Bu, hansı məntiqə sığır? Laçındakı V-VI əsrdə inşa edilmiş Ağoğlan məbədinin burada heç vaxt yaşamamış ermənilərə nə aidiyyəti var? Yaxud “sovet ailəsində” dinc-yanaşı yaşadığımız dövrdə həmin məbədlərdə gedib ibadət eləmək ermənilərin yadına niyə düşmürdü? Bəlkə o vaxt ermənilər xaç suyuna çəkilməmişdilər, sonradan xristianlaşdılar? Dünya da bu ikiüzlülüyə birdəfəlik son qoymalıdır. Son 30 ildə Qarabağda minə yaxın yaşayış məntəqəsini, yüzlərlə məscidi, digər abidələrimizi yer üzündən silən ermənilər hansı haqla bir-iki kilsənin taleyi üçün “narahatlıq” keçirirlər. Bu vəhşi qəbilə haçandan mədəniyyət keşikçisinə çevrilib? Onların bu riyakarlığına göz yuman “UNESKO”nun, başqa beynəlxalq təşkilatların da gözü kordur”.
Parlament üzvü Qərbi Azərbaycandakı abidələrimiz haqqında da fikirlərini söyləyib:
“İki yüz il bundan əvvəl çar Rusiyası tərəfindən indiki İran və Türkiyə ərazilərindən İrəvan xanlığı ərazisinə köçürülüb gətirilən ermənilərə qədər buradakı bütün tikililər, o cümlədən maddi mədəniyyət abidələri kimə məxsus idi? Əlbəttə, minillərdən bəri burada yaşayan yerli xalqa – Azərbaycan türklərinə! Hanı indi o abidələr? Hamısı ya erməniləşdirilib, ya da yer üzündən silinib. Budur ermənilərin əsl sifəti! Ermənilər tarix boyu onları himayə edən xalqlara xəyanət ediblər. Qədimdə yunanlara xəyanət ediblər və oradan qovulublar indiki İran və Türkiyə ərazilərinə. Daha sonra İrana və Türkiyəyə xəyanət edərək Azərbaycan torpaqlarına gəliblər. Lakin gözlənildiyi kimi azərbaycanlılara da xəyanət yolunu tutublar. İndi də Rusiyaya xəyanət edirlər. Tarix sübut edir ki, ermənilər xəyanətkar toplumdur və düzəlmələri mümkün deyil”.
Ə.Ələkbərli vurğulayıb ki, artıq mizan-tərəzinin qurulduğu zamandır:
“Ermənilər öz gəlişləri ilə bölgəyə gətirdikləri bütün fəlakətlərin cavabını verməlidirlər. Bu məsələdə bütün Azərbaycan xalqının və müzəffər Ali Baş Komandanın mövqeyi eynidir – düşmənə güzəşt yoxdur! Biz Qərbi Azərbaycandakı bütün tarixi dəyərlərimizə sahib çıxmalı və bu məsələdə lazım olan bütün addımları atmalıyıq. Mənim ilk təklifim Qərbi Azərbaycan İnstitutunun yaradılmasıdır. Bu institut o torpaqlarla bağlı bütün məsələlərin həlli məsuliyyətini öz üzərinə götürməlidir. Bu institut indiki Ermənistanla bağlı həm tarixi və həm də strateji mərkəz funksiyasını yerinə yetirməlidir. Bu institut bütün erməni yalanlarını ifşa etməli, dünyaya çatdırmalıdır. Bu institutun adı gələndə erməni alimləri başlarını soxmaq üçün siçan deşiyi axtarmalıdırlar”.