Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyasının 5 dekabr Anım Günü münasibətilə BƏYANATIbackend

1988-ci ilin fevralında Ermənistan Respublikasının və dünya erməni lobbisinin təhriki ilə Azərbaycan Respublikasının tərkib hissəsi olan o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətində erməni separatizmi baş qaldırdı. Məqsəd Azərbaycanın tarixi torpaqları olan Qarabağın dağlıq hissəsini Azərbaycandan qopararaq Ermənistana birləşdirmək idi.

Keçmiş DQMV rəhbərliyinin vilayətin Ermənistana birləşdirilməsi barədəki 20 fevral 1988-ci il tarixli separatçı və Ermənistan SSR Ali Sovetinin vilayətin Ermənistanın tərkibinə daxil edilməsinə dair 14 iyun 1988-ci il tarixli işğalçı qərarlarından sonra hadisələr münaqişə xarakteri aldı.

Münaqişənin ilk mərhələsində Ermənistan ərazisində minillər boyu yaşayan 300 min nəfər azərbaycanlı öz doğma ocağından vəhşiliklə qovulub çıxarıldı, bu prosesdə 200 nəfərdən çox azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi, 400 nəfərdən çox günahsız insan yaralandı, 50 minə qədər ev ermənilər tərəfindən talandı, qəsb edildi.

Cəzasızlıqdan ürəklənən Ermənistan az sonra Azərbaycan ərazisinə ordu yeritdi və nəticədə Azərbaycanın həm keçmiş DQMV, həm də ona bitişik yeddi rayonu Ermənistan tərəfindən işğal olundu və bu ərazilərdə etnik təmizləmə aparılaraq 800 min nəfərə yaxın azərbaycanlı öz ölkəsində qaçqına çevrildi. Bu işğal nəticəsində Azərbaycanın 20 min nəfərə yaxın hərbi qulluqçusu və mülki əhalisi şəhid oldu, minlərlə insan şikəst edildi.

Bütün beynəlxalq qanunlara və qərarlara zidd olaraq erməni təcavüzünün 32 il davam etməsində və torpaqlarımızın 30 ilə yaxın işğal altında saxlanmasında terrorçu Ermənistan dövlətini dəstəkləyən beynəlxalq güclərin və təşkilatların da az rolu olmamışdır.

Ən biabırçı hal isə ATƏT- in Minsk qrupunun, xüsusilə onun həmsədrlərinin düşdüyü rəzil vəziyyətdir. Belə ki, bu təşkilat Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə məşğul olmaq əvəzinə, bu illər ərzində daha çox münaqişənin dondurulmasına çalışmışdır. Bu müddətdə ermənilər həmin dövlətlərə məxsus şirkətlər vasitəsilə Azərbaycanın işğal altındakı torpaqlarının sərvətlərini talamış və milyonlarla dollar vəsait xərcləyərək bu torpaqlarda müdafiə istehkamları yaratmışlar. Bu bir daha sübut edir ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarının bir qarışını da qaytarmaq fikrində olmamışlar.

Nəhayət, Azərbaycan bu il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks hücum əməliyyatlarına başlamış və dünyanın 32 il ərzində həll edə bilmədiyi Qarabağ münaqişəsini Azərbaycan xalqının milli birliyi, Azərbaycan ordusunun hərbi gücü və Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi ilə hərbi-siyasi yolla 44 gün ərzində həmişəlik həll etmişdir.

Təəssüf ki, 32 il ərzində özünü Qarabağ münaqişəsinin həlli tərəfdarı kimi aparan güclər bu 44 gün ərzində Azərbaycanı haqq yolunda durdurmağa dəfələrlə cəhd etdikləri kimi, müharibə edən tərəflər arasında sülh müqaviləsi bağlandıqdan sonra da öz siyasi təxribatlarından əl çəkmədilər. Bu baxımdan, Fransa Senatının və Milli Assambleyasının mövqeyi xüsusilə təəccüblü oldu. Senatın və Assambleyanın “separatizmi dəstək” aktı, əslində, Fransanın 26 il müddətində ATƏT- in Minsk qrupundakı mənfur fəaliyyətinə işıq salmış oldu.

Müharibənin yekunlaşması ilə əlaqədar əldə olunan razılığın icrası zamanı dünya növbəti erməni vəhşiliyinin şahidi oldu. İndiyədək özlərini dünyaya “qədim və mədəni xalq” kimi təqdim edən ermənilərin vandalizmi, vəhşiliyi özünün sərhədsiz olduğunu bir daha ortaya qoydu. Doğma yurdundan qovulmuş azərbaycanlıların evlərində 30 ilə yaxın qanunsuz yaşayan ermənilər bu kəndləri tərk edərkən həmin evləri yandırdılar, meşələri doğrayıb Ermənistana daşıdılar, apara bilmədikləri heyvanları qəddarcasına öldürdülər, bir sözlə, insanlığa yad olan bütün vəhşiliklərini nümayiş etdirdilər.

Yenə də bəzi dövlətlər ermənilərin bu əməllərini görməzlikdən gəldi, vəhşi xislətli ermənilərin taleyinə göz yaşı axıtmaq görüntüsü yaratmaqla məşğul oldu.

Lakin həmin dövlətlər Azərbaycan xalqının 32 illik əzab-əziyyətlərinə göz yumduqları kimi, tam 32 il əvvəl, Qarabağ münaqişəsinin ilk mərhələsində – 1988- ildə indiki Ermənistan ərazisindəki ata-baba yurdlarından qovulmuş 300 min nəfər Qərbi Azərbaycan qaçqınlarının taleyinə bir dəfə də olsun münasibət bildirmədilər.

Bu gün mülki erməni əhalisinin Azərbaycan ərazisində rahat yaşaması üçün min cür oyundan çıxan dövlətlər bir dəfə də dillərinə gətirmədilər və gətirmirlər ki, bu münaqişəsinin ilk mərhələsində indiki Ermənistandan qovulmuş 300 min nəfər azərbaycanlı qaçqının da öz doğma yurdlarına qayıtmaq, öz doğma evlərində yaşamaq haqqı var.

Biz 1988-ci ildə Erənistandan qovulanda 300 min nəfər olan, bu gün sayı 500 min nəfərə çatan Q’rbi Az’rbaycan qaçqınların; təmsil edən Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq qaçqınlarımızın doğma yurda qayıtması və sülhməramlı qüvvələrin nəzarəti altında Ermənistanın bəlli bir bölgəsində, xüsusilə Zəngəzur-Göyçə mahalları ərazisində yaşaması istəyini bəyan edir Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının
Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyasının
5 dekabr Anım Günü münasibətilə

BƏYANATI

1988-ci ilin fevralında Ermənistan Respublikasının və dünya erməni lobbisinin təhriki ilə Azərbaycan Respublikasının tərkib hissəsi olan o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətində erməni separatizmi baş qaldırdı. Məqsəd Azərbaycanın tarixi torpaqları olan Qarabağın dağlıq hissəsini Azərbaycandan qopararaq Ermənistana birləşdirmək idi.

Keçmiş DQMV rəhbərliyinin vilayətin Ermənistana birləşdirilməsi barədəki 20 fevral 1988-ci il tarixli separatçı və Ermənistan SSR Ali Sovetinin vilayətin Ermənistanın tərkibinə daxil edilməsinə dair 14 iyun 1988-ci il tarixli işğalçı qərarlarından sonra hadisələr münaqişə xarakteri aldı.

Münaqişənin ilk mərhələsində Ermənistan ərazisində minillər boyu yaşayan 300 min nəfər azərbaycanlı öz doğma ocağından vəhşiliklə qovulub çıxarıldı, bu prosesdə 200 nəfərdən çox azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi, 400 nəfərdən çox günahsız insan yaralandı, 50 minə qədər ev ermənilər tərəfindən talandı, qəsb edildi.

Cəzasızlıqdan ürəklənən Ermənistan az sonra Azərbaycan ərazisinə ordu yeritdi və nəticədə Azərbaycanın həm keçmiş DQMV, həm də ona bitişik yeddi rayonu Ermənistan tərəfindən işğal olundu və bu ərazilərdə etnik təmizləmə aparılaraq 800 min nəfərə yaxın azərbaycanlı öz ölkəsində qaçqına çevrildi. Bu işğal nəticəsində Azərbaycanın 20 min nəfərə yaxın hərbi qulluqçusu və mülki əhalisi şəhid oldu, minlərlə insan şikəst edildi.

Bütün beynəlxalq qanunlara və qərarlara zidd olaraq erməni təcavüzünün 32 il davam etməsində və torpaqlarımızın 30 ilə yaxın işğal altında saxlanmasında terrorçu Ermənistan dövlətini dəstəkləyən beynəlxalq güclərin və təşkilatların da az rolu olmamışdır.

Ən biabırçı hal isə ATƏT- in Minsk qrupunun, xüsusilə onun həmsədrlərinin düşdüyü rəzil vəziyyətdir. Belə ki, bu təşkilat Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə məşğul olmaq əvəzinə, bu illər ərzində daha çox münaqişənin dondurulmasına çalışmışdır. Bu müddətdə ermənilər həmin dövlətlərə məxsus şirkətlər vasitəsilə Azərbaycanın işğal altındakı torpaqlarının sərvətlərini talamış və milyonlarla dollar vəsait xərcləyərək bu torpaqlarda müdafiə istehkamları yaratmışlar. Bu bir daha sübut edir ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarının bir qarışını da qaytarmaq fikrində olmamışlar.

Nəhayət, Azərbaycan bu il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks hücum əməliyyatlarına başlamış və dünyanın 32 il ərzində həll edə bilmədiyi Qarabağ münaqişəsini Azərbaycan xalqının milli birliyi, Azərbaycan ordusunun hərbi gücü və Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi ilə hərbi-siyasi yolla 44 gün ərzində həmişəlik həll etmişdir.

Təəssüf ki, 32 il ərzində özünü Qarabağ münaqişəsinin həlli tərəfdarı kimi aparan güclər bu 44 gün ərzində Azərbaycanı haqq yolunda durdurmağa dəfələrlə cəhd etdikləri kimi, müharibə edən tərəflər arasında sülh müqaviləsi bağlandıqdan sonra da öz siyasi təxribatlarından əl çəkmədilər. Bu baxımdan, Fransa Senatının və Milli Assambleyasının mövqeyi xüsusilə təəccüblü oldu. Senatın və Assambleyanın “separatizmi dəstək” aktı, əslində, Fransanın 26 il müddətində ATƏT- in Minsk qrupundakı mənfur fəaliyyətinə işıq salmış oldu.

Müharibənin yekunlaşması ilə əlaqədar əldə olunan razılığın icrası zamanı dünya növbəti erməni vəhşiliyinin şahidi oldu. İndiyədək özlərini dünyaya “qədim və mədəni xalq” kimi təqdim edən ermənilərin vandalizmi, vəhşiliyi özünün sərhədsiz olduğunu bir daha ortaya qoydu. Doğma yurdundan qovulmuş azərbaycanlıların evlərində 30 ilə yaxın qanunsuz yaşayan ermənilər bu kəndləri tərk edərkən həmin evləri yandırdılar, meşələri doğrayıb Ermənistana daşıdılar, apara bilmədikləri heyvanları qəddarcasına öldürdülər, bir sözlə, insanlığa yad olan bütün vəhşiliklərini nümayiş etdirdilər.

Yenə də bəzi dövlətlər ermənilərin bu əməllərini görməzlikdən gəldi, vəhşi xislətli ermənilərin taleyinə göz yaşı axıtmaq görüntüsü yaratmaqla məşğul oldu.

Lakin həmin dövlətlər Azərbaycan xalqının 32 illik əzab-əziyyətlərinə göz yumduqları kimi, tam 32 il əvvəl, Qarabağ münaqişəsinin ilk mərhələsində – 1988- ildə indiki Ermənistan ərazisindəki ata-baba yurdlarından qovulmuş 300 min nəfər Qərbi Azərbaycan qaçqınlarının taleyinə bir dəfə də olsun münasibət bildirmədilər.

Bu gün mülki erməni əhalisinin Azərbaycan ərazisində rahat yaşaması üçün min cür oyundan çıxan dövlətlər bir dəfə də dillərinə gətirmədilər və gətirmirlər ki, bu münaqişəsinin ilk mərhələsində indiki Ermənistandan qovulmuş 300 min nəfər azərbaycanlı qaçqının da öz doğma yurdlarına qayıtmaq, öz doğma evlərində yaşamaq haqqı var.

Biz 1988-ci ildə Erənistandan qovulanda 300 min nəfər olan, bu gün sayı 500 min nəfərə çatan Q’rbi Az’rbaycan qaçqınların; təmsil edən Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq qaçqınlarımızın doğma yurda qayıtması və sülhməramlı qüvvələrin nəzarəti altında Ermənistanın bəlli bir bölgəsində, xüsusilə Zəngəzur-Göyçə mahalları ərazisində yaşaması istəyini bəyan edir və bu şəraitin qaçqınlarımıza yaradılmasını tələb edirik.