Qərbi Azərbaycana Qayıdış Birliyi məlumat yaydı – Fotobackend

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin Mətbuat xidməti QAQB Ali Məclisinə üzv qəbul olunması, birliyə yeni təyinatlar və növbədənkənar parlament seçkilərində dəstək verəcəkləri namizədlər barədə məlumat yayıb.

Musavat.com-un məlumatına görə, məlumatda bildirilir:

Bu gün QAQB-nin Tbilisi pr.76 ünvanındakı ofisində, Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi İdarə Heyyətinin 2019-cu ilin yekunlarına həsr olunmuş toplantısı keçirildi. Toplantının reqlamentinə uyğun olaraq, jurnalist, yazıçı 26 kitab müəllifi Gülverdiyeva Gülsüm Adil qızı və həkim Qasımova Dilarə Ələkbər qızının QAQB Ali Məclisinə üzv qəbul olunmaları haqqındakı müraciətlərinə baxıldı və hər iki şəxs yekdil səslə QAQB Ali Məclisinə üzv qəbul olundular. QAQB sədri Rizvan Talıbov 2019-cu ildə görülmüş işlər barədə toplantı iştirakçılarına geniş və hərtərəfli məlumat verdi. Sədr bildirdi ki, QAQB 2019-cu ildə çox aktiv və səmərəli fəaliyyət göstərib. Belə ki,2019-cu ildə QAQB -nin Goranboy, Şəmkir, Qazax, İsmayıllı rayonlarında, Gəncə şəhərində şöbələri təsis olunaraq, aktiv fəaliyyətə başlayıb. Eyni zamanda Birliyin Türkiyədə, Ukraynada, Rusiyada təmsilçiləri təyin olunmuş və aktiv fəaliyyət göstərirlər. O cümlədən Rusiya Federasiyasında QAQB-nin nümayəndəliyi təsis olunmuş və Çeçenistan Respublikasındakı Azərbaycan diasporunun rəhbəri Şahin Əmirxanov nümayəndəliyin sədri təyin olunmuş və aktiv fəaliyyətə başlamışdır.

Eyni zamanda QAQB-nin Gədəbəy, Daşkəsən, Bərdə, Sabirabad, Quba rayonlarında, Mingəçevir şəhərində təmsilçiləri fəaliyyətə başlayıb. Qazaxıstan Respublikasında yaşayan soydaşlarımızda birliklə əlaqə yaradaraq, QAQB-nin Qazaxstan nümayəndəliyinin yatadılması təşəbbüsünü irəli sürüblər. QAQB sədri QAQB-nin Qazaxıstan nümayəndəliyinin yaradılması və Hacıyev Aslan Əhməd oğlunun QAQB-nin Qazaxıstan nümayəndəliyinin sədri təyin olunması haqqındakı, 1.Musayev Sahib Yadigar oğlunun-QAQB sədrinin Mədəni-Kütləvi tədbirlərin təşkili məsələləri üzrə müavini. 2.Məhərrəmbəyli Maarif Vəli oğlunun Mədəniyyət məsələləri üzrə müavini. 3.Musayev Eldar Mərdan oğlunun Təbliğat və Təşviqat məsələləri üzrə müavini vəzifələrinə təyin olunmaları haqqındakı sərəncamları toplantı iştirakçılarının nəzərinə çatdırıb.Sərəncamlar toplantı iştirakçıları tərəfindən təqdir olunub.

Birlik sədri eyni zamanda 2019-cu ildə QAQB-nin Qərbi Azərbaycan problemləri mövzusunda çox önəmli və möhtəşəm tədbirlər, dəyirmi masalar təşkil edib, keçirtdiyini, ən son 22 dekabrda Laləndə ş/sarayında möhtəşəm “23 dekabr Azərbaycanlı əhalinin indiki Ermənistandan deportasiyası. Tarixi Yurdları Anma günü”adlı tədbirini misal çəkdi. Sədr çıxışının sonunda ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə də münasibətini açıqladı. Bildirdi ki, Milli Məclis deputatlığına namizədliyini Binəqədi rayonu 8-ci dairədən irəli sürmüş QAQB üzvü Qəhrəmanov Qəhrəmana, Namiq Aslanova, həm də proqramlarında səmimi olaraq Qərbi Azərbaycan problemlərinə yer verən namizədlərə Yasəmən Qaraqoyunluya, Pərviz Səmədova və Yeni Musavat media-holdinqin rəhbəri Rauf Arifoğluna hərtərəfli dəstək verəcəklərini bəyan edib.

Toplantıda çıxış edən Gülsüm Adilqızı, QAQB Ali Məclisinin sədri Əli Vəliyev, İdarə Heyət üzvü araşdırmaçı-yazar Xaqani İsmayıl, Maarif Məhərrəmbəyli, Milli Məclis deputatlığına Binəqədi 8-ci seçki dairəsindən namizədliyini irəli sürmüş Qəhrəmanov Qəhrəman 2019-cu ildə Birliyin fəaliyyətinin qənaətbəxş olduğunu və 2020-ci ildə daha aktiv fəaliyyət göstərmək üçün təkliflərini səsləndirdilər və hər kəsi daha aktiv olmağa çağırdılar. Toplantı QAQB sədrinin yekun çıxışı və tövsiyələri ilə öz işini uğurla başa vurdu.
QAQB sədri: Rizvan Talıbov.