QƏRBİ AZƏRBAYCANLILAR QAYIDIB ÖZ YURDLARINDA YAŞAMALIDIRLAR!backend

Prezident İlham Əliyev Kəlbəcər və Laçın səfərində “Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlardeyərək bir daha Azərbaycan xalqının strateji hədəflərini göstərdi.

Bunu “Yeni Gündəm”-ə Milli Məclisin deputatı, Azərbaycan Qaçqqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bu məsələni şərh edərkən bildirdi ki:

Cənab Prezident İlham Əliyevin Kəlbəcər və Laçın səfərində səsləndirdiyi fikirlər, şübhə etmirəm ki, Ermənistanın və bütün dünya erməniliyinin başı üstündə ildırım kimi çaxıb. Əslində, Cənab Prezident son 100 ildə, xüsusilə Qarabağ müharibəsinin ilk mərhələsində – 1988-1991-ci illərdə Azərbaycanın tarixi torpaqları olan indiki Ermənistan ərazisindəki dədə-baba yurdlarından vəhşicəsinə qovulmuş soydaşlarımızın haqqını dilə gətirib. Bu, tamamilə beynəlxalq hüquqa da uyğundur. Əgər bu gün Ermənistan-Azərbaycan münaqişəsi başa çatıbsa, Ermənistan kapitulyasiya aktına imza atıbsa və təbii ki, bu, belədir, deməli, bu münaqişənin bütün nəticələri aradan qaldırılmalıdır. Yəni məğlub olan işğalçı Ermənistan tərəfi törətdiyi bütün faciələrin nəticəsinə qatlaşmalı, bütün ziyanı ödəməli, qalib tərəfin şərtlərinə boyun əyməlidir.

 

Bu gün 20-30 min erməninin Qarabağda yaşamaq “haqqından” dəm vuran ermənilər və onların zincirini tərpədib üstümüzə hürüdənlər yaddan çıxarmamalıdırlar ki, bu münaqişənin ilkin mərhələsində 300 min azərbaycanlı min illər boyu yaşadıqları doğma ocaqlarından qovularaq 33 ildir qaçqın həyatı yaşayırlar. Bəli, Cənab Prezident demişkən, ,  “Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar”. Eləcə də Dərələyəz, Dərəçiçək, Vedibasar, Gərnibasar, Zəngibasar, İrəvan, Loru, Pəmbək, Ağbaba, Şörəyel, Qırxbulaq və Qərbi Azərbaycandakı digər tarixi mahallarımızdan qovulanlar qayıdıb öz yurdlarında yaşamalıdırlar!

 

Cənab Prezidentin bu çıxışı biz Qərbi Azərbaycanlıları, bütün Azərbaycan xalqını bu məqsəd uğrunda mübarizədə daha sıx birləşdirir, insanlarımız millətimizin haqqını bu cür net şəkildə ifadə edən Lideri ilə qürur duyur. Bu çıxışı ilə Cənab Prezidentimiz Millətimizin və Dövlətimizin strateji hədəflərini bizə bir daha nişan verdi. O Millət böyük Millətdir ki, həlledici məqamlarda tarix səhnəsinə belə bir güclü Lider çıxarır! Və o Lider böyük Liderdir ki, strateji hədəflər üçün öz Millətini yenidən yetişdirməyi, formalaşdırmağı, səfərbər etməyi bacarır! Dünya azərbaycanlılarının və Azərbaycan dünyasının alternativsiz Lideri İlham Əliyev kimi!

İrəvanda görüşənədək!