Qərbi Trakya türklərindən Miçotakisə məktub: Biz Yunan müsəlmanları deyilikbackend

Yunanıstanın keçmiş baş nazirinin bəzi açıqlamalarına reaksiya verən türklər “azlıqları şəxsiyyət axtarışı ilə əlaqələndirməyə son qoymağa” çağırıblar. Məktubda “Qərbi Trakyada türk doğulduğumuz üçün yunan ola bilmərik” vurğulanıb.

“Yeni Gundem” xəbər verir ki, Yunanıstanda yaşayan Qərbi Trakya türkləri ölkənin keçmiş baş naziri, Yeni Demokratiya Partiyasının lideri Kiryakos Miçotakisə məktub yazıb.

Məktubda “Cənab Mitsotakis! Biz Yunan müsəlmanları deyilik! Biz müsəlman türklərik” yazılıb. Ağır təzyiqlərlə üzləşən bölgə xalqı “Biz türk doğulmuşuq, türk olaraq öləcəyik” deyə vurğulanıb.

“Proto Thema” qəzetində dərc olunan müsahibəsində Miçotakis Türkiyənin Komotinidəki Baş Konsulluğunu seçkilərə müdaxilə etməkdə günahlandırıb və “Yunan müsəlmanları” kimi qalmaqallı ifadə ilə Qərbi Trakya türklərindən danışıb.

Biz Yunan müsəlmanları deyilik!  Burada bəzi şeyləri qarışdırmaq olmaz. Biz Yunan ola bilmərik, çünki biz Qərbi Trakyada türk doğulmuşuq və onsuz da yunan deyilik.

“Biz Yunanıstan vətəndaşlarıyıq. Biz bu ölkənin vətəndaşlarıyıq”. Həmçinin məktubda “Dinimiz İslamdır, biz türkük” deyilib.

Nə qanun, nə bir qəpik, nə də mentalitet bu həqiqəti dəyişdirə bilməz! Razılaşacaqsınız! Yoxsa Yunanıstanda heç vaxt mədəniyyətdən, demokratiyadan, insan haqlarından danışa bilməyəcəksiniz.

Yunanıstanın keçmiş baş naziri tənqidlərə səbəb olan açıqlamasında, “Yunan müsəlmanları xristian vətəndaşları ilə bərabər imkanlara sahib olduqlarını hiss etməlidirlər. Bunun üçün lazım olan hər şeyi edirik” deyib.

Həmin məktubun davamında aşağıdakı ifadələr də yer alıb: Mitsotakisi dəyiş! Bu bir fürsətdir və siz daimi dəyişiklikdən danışırsınız. Ya onu dəyişdirin, ya da azlığı kimlik axtarışı ilə əlaqələndirməyi dayandırın! Biz türk doğulmuşuq! Biz türk olaraq öləcəyik.

Mənbə: EnSonHaber

Aynur Camal