Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıbbackend

Oktyabrın 1-i Şəmkir rayon sakini yetkinlik yaşına çatmayan C.V-nin (şərti) ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə “Yeni Gundem”-ə Şəmkir rayon prokurorluğundan məlumat verilib.

Araşdırmalarla yetkinlik yaşına çatmayan S.B-nin (şərti) rayonun Mahmudlu kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək C.V-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, S.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.