Qəşəm Nəcəfzadə: “Zəng edib dedi ki, ata, ölümümü yüngül qarşıla”backend
“Nə deyim… Oğlum, sənin üçün hər şey etdim. Amma qoruya bilmədim”.
“Yeni Gündəm” xəbər verir ki, bunu şair Qəşəm Nəcəfzadə bu gün polis tərəfindən saxlanılan oğlu Kəramət Böyükçöl haqqında deyib.
“Axırıncı zəngində mənə dedin ki, ata, ölümümü yüngül qarşıla. Buna hansı ata dözər? Sonra həbs olundun. Sağlamlığın və təhlükəsizliyin üçün bəlkə də, bunda da bir xeyir var. Türmə də vətəndir, oğlum, vətəni sev. Yolun açıq olsun!”, – deyə Q.Nəcəfzadə əlavə edib.
Qeyd edək ki, bir neçə gündür ard-arda sosial şəbəkə səhifəsində canlı yayım açan yazıçı bu gün də “Facebook”da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib. Polis əməkdaşları bildiriblər ki, məişət zəminində səs-küy olduğu üçün qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb.Dominant.az