Qətlə yetirilən Prezidentin övladları ölkəni tərk etdibackend

İqamətgahına edilən hücum nəticəsində qətlə yetirilən Haiti Prezidenti Jovenel Moizin övladları ölkəni tərk edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə yerli “Juno7” portalı məlumat verib.

Portal bununla bağlı əlavə detal açıqlamayıb.

Haitinin qonşu Dominikan Respublikasındakı səfiri Smit Auqustinin daha əvvəl verdiyi məlumata əsasən, Moizin övladları təhlükəsiz yerdə qoruma altındadırlar.

Xatırladaq ki, iyulun 6-dan 7-nə keçən gecə Jovenel Moizin iqamətgahına hücum edilib. Basqın nəticəsində, Jovenel Moiz və həyat yoldaşı Martin Moiz ölümcül yaralanıb. Martin Moiz ilk başda yaralı olsa da, daha sonradan o da xəstəxanada dünyasını dəyişib.

Prezidentin ölümündən sonra ölkədə 15 günlük matəm elan olunub.

Haitinin hüquq-mühafizə orqanları J.Moizin qətlə yetirilməsində əli olan dörd muzdlunu zərərsizləşdirib, daha iki nəfər isə saxlanılıb.