Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?backend

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti Şərq rayonlarında və Bakıda və Abşeron yarımadasında həftə sonunadək davam edəcək.

“Yeni Gundem”-in xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Qərb rayonlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.