ABŞ dövlət katibi Antoni Blinken qeyd edib ki, “sülh prosesinin uğurlu olması üçün Qəzzada qurulacaq yeni hökumətə fələstinlilər rəhbərlik etməlidir”.
The Wall Street Journal (WSJ) qəzetinin xəbərinə görə, Blinken Tokioda G7 ölkələrinin xarici işlər nazirlərinin bir araya gəldiyi G7 2023 Dövr Başçısı Yaponiyanın ev sahibliyi etdiyi mətbuat konfransında danışıb.
Blinken vurğulayıb ki, “Qəzzada müharibəni həmişəlik bitirməyin yeganə yolu sülh prosesi üçün şərait yaratmağa başlamaqdır”.
G7 ölkələrinin xarici işlər nazirlərinin Qəzza ərazisində heç bir daralma olmaması mövzusunda həmfikir olduqlarını ifadə edən Blinken, fələstinlilərin Qəzzadan zorla köçürülməməsi lazım olduğunu vurğulayıb.
Blinken qeyd edib ki, uğurlu sülh prosesinin təmin edilməsində əsas element Qəzzada qurulacaq istənilən yeni hökumətə fələstinlilərin rəhbərlik etməsidir.
Qəzzanın işğal edilməməsi, blokadaya salınmaması və ərazisinin kiçilməməsi lazım olduğunu bildirən Blinken, daimi sülh üçün Fələstin xalqının tələblərinin qarşıdurmadan sonra “Qəzzada qurulacaq idarənin mərkəzinə daxil edilməsi” lazım olduğuna diqqət çəkib.
Mənbə: TrtHaber
Aynur Camal