Qırğızıstan Tacikistanla sərhəd toqquşmalarında 31 nəfərin yaralandığını açıqladıbackend

Qırğızıstan və Tacikistan sərhədinin bütün perimetri boyunca şiddətli döyüşlər gedir, Tacikistan tərəfi ağır zirehli texnika, reaktiv yaylım atəş sistemləri (RYAS) və aviasiyadan istifadə edir.

Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

“Yerdən və havadan edilən bütün hücumlar Qırğızıstan tərəfdən dəf edilir və bu, Qırğızıstanın ərazisini, yaşayış məntəqələrini ələ keçirməyi mümkünsüz edir”, – məlumatda vurğulanıb.

Nazirlər Kabinetinin müavini – Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri, general-leytenant Qamçıbəy Taşıyev hadisə yerindədir.

Milli Təhlükəsizlik Dövlət Komitəsinin məlumatına görə, o, atəşi dayandırmaq və vəziyyəti sabitləşdirmək üçün tədbirlər görür.

Qurum vurğulayıb ki, Tacikistan dinc sakinlərdən canlı sipər kimi istifadə edir.

Bundan başqa, sərhəddəki toqquşma nəticəsində Qırğızıstan tərəfindən yaralananların sayı 31-ə çatıb.

Eyni zamanda KİV-də Qırğızıstana məxsus T-72 tankının vurulmasına dair videogörüntülər yayılıb.