“Qış parkı”nın işçisi 10 metrlik şaxtaya düşdübackend

Bakının Nəsimi rayonunda, “Qış parkı” ərazisində işçi 10 metrlik şaxtaya düşüb.

“Yeni Gündəm” xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili tibbi yardım həkimləri və polis əməkdaşları cəlb edilib.

Xilasedicilərin səyi nəticəsində quyuya düşən şəxs çıxarılıb.

Həmin şəxsin 44 yaşlı Sahib Quliyev olduğu deyilir. Onun parkda iş görərkən müvazinətini itirərək yıxıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Baku.ws