“Qısa dövr ərzində uğurlu fəaliyyət Azərbaycanın nüfuzunu daha da artırdı” – Deputatbackend

Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə qoşulub.Həmin tarixdən başlayaraq təşkilatın inkişaf və güclənməsinə öz töhfəsini verir.2019-cu ildə Azərbaycan dünyada BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına rəhbərlik etməyə başladı.

Bu sözləri “Yeni Gundem ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Millət vəkili vurğulayıb ki,bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan təşkilat çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir.

“Rəhbərlik etdiyi dövrdə fəaliyyətini uğurla davam etdirdi.Birləşmiş Millətlər Təşkilatı çərçivəsində vaksinlərin ədalətsiz bölgüsünə etiraz mahiyyəti daşıyan qətnamə qəbul edildi.Azərbaycanın bu istiqamətdə fəallığı və gördüyü işlər nəzərə alınaraq keçən il Azərbaycanın təşkilata sədrliyi daha bir ildə uzadıldı.Bu müddətdə Azərbaycan öz fəaliyyətini qoruyaraq Qoşulmama Hərəkatının Parlament və Gənclər şəbəkəsinin yaradılmasına nail oldu.Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan təşkilat çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir.Prossesə öz töhfəsini verir.Ölkəmizdə Covid-19 pandemiyasına qarşı təmas qrupunun sammiti xüsusi əhəmiyyət daşıyır.Bu Azərbaycana göstərilən etimadın növbəti təzahürü və göstəricisidir.Hərəkatözündə dünyanın 120 ölkəsini birləşdirir.Üzv olan ölkələr Azərbaycanın mövqeyini dəstəkləyirlər.Ölkəmizin Qarabağ və digər məsələlərlə bağlı mövqeyini dəstəkləyirək onun yanında olublar.”-deyə Millət vəkili qeyd edib.

Fərahim Rəhimov