“Qismət Firması” MMC bina tikməsi etiraza səbəb oldu – Əbili Tağıyev kimə arxalanır? – FOTObackend

Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 99 və 111 saylı binalarının istirahət sahəsində yaşıllığı məhv edərək qaz və su xətləri üzərində 16 mərtəbəli bina tikən “Qismət Firması” MMC-nin arxasında kim və ya kimlər durur? Sakinlər 200 nəfərin imzası ilə aidiyyatı qurumlara müraciət ünvanlayıb, amma səsləri boğulur. Təsəvvür edin yaşıllıq məhv edilir “dur” deyən yoxdur, qaz və su xətləri üzərində bina inşa edilir yenə dinən, səsini çıxaran və bu özbaşınalığı dur deyən yoxdur.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

“Maraqlıdır “Qismət Firması” MMC-nin direktoru Əbili Tağıyev kimin çətiri altında gizlənib qanunlara meydan oxuyur? İnsanların həyatı ilə oynamaqmı olar?! Məncə, aidiyyatı qurumlar bu məsələni dərhal nəzarətə götürməli və təxirəsalınmaz tədbirlər görməlidir. Əks halda gələcəkdə mümkün faciənin məsuliyyəti hər kəsin üzərində qalmış olacaq…” – A.Həmidli qeyd edib.