Qiymətlər istəyir 10 dəfə bahalaşsın, problem yoxdur… – Tahir İmanovbackend

“Ruzini verən Allahdır. Ona görə də mən bahalaşmadan çox da narahat deyiləm”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri Əməkdar artist Tahir İmanov unun və bir çox ərzaq məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib.

O, bildirib ki, bu məsələləri əslində, siyasətçilər, iqtisadçılar şərh etməlidir: “Mən bu haqda heç nə deyə bilmərəm. Ən azından ona görə ki, siyasətçi deyiləm. Bununla bağlı siyasətçilər danışsınlar. O ki qaldı bahalaşmaya, ruzini verən Allahdır. Mən Allaha təvəkkül edirəm. İstəyir 10 dəfə bahalaşsın. Allah ruzini verirsə, problem yoxdur”.

Bakupost.az