Qız hava limanında olarkən gözləmədiyi bir anda mikrafonla sevdiyi oğlanın səsini eşitdi. O sevdiyi qıza evlənmək təklifi edirdi…
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, Hindistanda Vaş Çhabra adlı oğlan sevgilisi Riiya Şukla evlilik təklifini Bollivud filmlərində olduğu kimi etməyi düşünüb.
Belə ki, O bunu hava limanında etməyi planlaşdırıb.
Ancaq filimlərdəki kimi mürəkkəb mahnı və rəqs əvəzinə evlilik təklifini anons etmək yolunu seçir.
Məlumata görə Chhabra və Shukla münasibətlərində hava limanları böyük rol oynayıb.
Oklend əsilli Şukla Avstraliyanın Melburn şəhərində yaşayır və burada Viktoriya əyaləti hökumətində işləyir. O, hələ də Yeni Zelandiyada yaşayan Chhabra ilə uzun müddətdir ki tanışdır.
Beləliklə, Chhabra bir plan qurub: Şukla ziyarətə gələndə sevdiklərinin Oklend hava limanında olmasını təşkil edib. O, orada bir dizi üstə, əlində üzüklə gözləyib.
Chhabra öz təklifini hava limanının PA sistemində səsləndirmək üçün öncədən qeyd edə bilib– lakin bəy, bunu düzgün etmək üçün əsəblərini sakitləşdirməyə müvəffəq olana qədər səkkiz cəhd etdiyni deyib.
Ümumilikdə, Chhabra, Platts və digər aeroport işçilərinin böyük günə hazırlaşması bir ay çəkib.
Qız hava limanında çantasını götürmək üçün gözləyəndə onu tapmır. Sonra yaxınları ona zəng vurub gözləmə zalına gəlməsini deyiblər.
Riiya zala daxil olan an qarşısında bir diz çökmüş Chhabra və onun yaxınları var idi. Həmçinin bütün limana əvvəlcədən qeydə alınmış “mənimlə evlənəcəksən?” təklifi PA sistemi üzərində səsləndirilib. Birdən qızın düşüncəsindən itirilmiş baqaj haqqında fikirlər yox olub.
“Mən şokda idim” Şukla CNN Travel-ə deyib. “Mən onun gözlərində itməyə meylliyəm və bu nə qədər romantik səslənsə də, bu, həqiqətdir. Bir müddət yalnız ikimizin tək olduğumuzu hiss etdim. Sonra bütün ailəmiz və dostlarımız gəldi və hamısı bizi qucaqladı. Bu olduqca sehrli idi.”
İndi isə Cütlük Hindistanda evlənməyi planlaşdırır.
Mənbə: CNN
Aynur Camal