“Qızını döyməyən dizini döyər” çox mənasız atalar misalıdır – Rövşanəbackend

“Qızını döyməyən dizini döyər” çox mənasız atalar misalıdır”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri teleaparıcı Rövşanə Bektaşi deyib.

“Bizim hərdən mənasız, məzmunsuz atalar sözlərimiz olur. Valideyn övladıyla dost olmalıdır. İndiki zəmanədə qızdan çox oğlana nəzarət edilməlidir”, – deyə fikrinin davamında o əlavə edib.

Rövşanə Bektaşi ailələrdə daha çox qız uşaqlarının şiddət görməsi məsələsinə belə aydınlıq gətirib: “İndi təfəkkürlər bir az fərqlidir. Tərbiyə metodu da dəyişib. Biz tamam başqa tərbiyə ilə böyümüşük. Uşağa “olmaz” demək guya onun şəxsiyyətini alçaltmaqdır. Valideynini həddindən artıq gərginlik vəziyyətinə gətirirsə, ona qadağalar olmalıdır. Məncə, bir yaşına qədər uşağa çox ciddi tərbiyə verilməlidir. Ona elə “olmaz”, lap yeri gəlsə, tənbeh də etmək lazımdır.

Heç bir valideyn uşağını kötəkləyib şikəst hala salası deyil. “Döymək” dedikdə düşünürük ki, ona qarşı şiddətə yol verilir. Yüngülvarı vurmaqla dünya dağılmır. Bununla uşaq başa düşür ki, bu, pis əməldir, belə etmək olmaz. Uşaq vəziyyəti daha çox gərginləşdirsə, ona “olmaz” demək nə dərəcədə doğrudur?! Mən anlaya bilmirəm ki, bu nə tərbiyə üsuludur?!

Özüm də qız övladı böyüdürəm. Bu günün uşaqlarını tərbiyələndirmək metodu çətinləşib. Texnologiya ilə daha çox vaxt keçirmələri mənim də narazılığıma səbəb olur. Əvvəl hər şey kitab üzərində qurulurdu, kitabla tərbiyələnirdik. Kitab bizim dünyagörüşümüzü, şəxsiyyətimizi formalaşdırırdı. Uşaq bisavad blogerin mal-mülkünü görəndə kitab oxumur. Deyir ki, kitab mənə nə verəcək…”

Teleaparıcı zorakılığın əleyhinə olduğunu da vurğulayıb: “Şiddət, təcavüz, zorakılıq cinayətdir. Bu, artıq psixoloji məsələdir. Bunu qəbul etmirəm. Xüsusən, övladıma kimsə əl qaldırsa, hüquqi yolları var, lazımi addımlar ataram. Azərbaycanda daha çox qız uşaqlarının döyülməsi məsələsinə gəlincə, bunun təfəkkür, ailə məsələsi olduğunu düşünürəm. “Qızını döyməyən dizini döyər” çox mənasız atalar sözüdür. Hərdən mənasız, məzmunsuz atalar sözləri olur. Valideyn övladıyla dost olmalıdır. İndiki zəmanədə xoşagəlməyən mühitə düşməməsi, pis vərdişlərə aludə olmaması üçün qızdan çox oğlana nəzarət edilməlidir. Qız, ya oğlan, əslində, fərq etmir. Övlad övladdır”.