Qızının saçına dinləmə cihazı yerləşdirdi: Qulaq asanda ŞOK OLDU – Qadın… / FOTOLARbackend

Tomas Valero adlı şəxsin sosial mediada paylaşdığı məsələ böyük müzakirələrə yol açıb.

“Yeni Gündəm” xarici KİV-lərə istinadən xəbər verir ki, Tomas, məktəbə böyük sevinclə gedən qızının bir müddət sonra dərsə istəksiz yanaşdığının şahidi olub.

Valideyn bunun səbəbləri barədə qızından soruşsa da, cavab ala bilməyib. Ata qızına təzyiq göstərməyib və hadisənin səbəblərini özü öyrənməyə çalışıb. Bu məqsədlə o qızının saçına dinləmə cihazı yerləşdirib.

Dinləmə cihazının məktəbdə qeyd etdiyi səs yazısını dinləyən ata. eşitdiklərinə inanmayıb. Məlum olub ki, sinif müəlliməsi şagirdlərlə çox kobud davranır, onlara qarşı ağır ifadələr işlədir.Bundan xəbər tutan ata, dərhal digər valideynlərlə əlaqə yaradaraq imza toplayıb. Nəticədə müəllimə məktəbdən qovulub.