Qoşulmama Hərəkatının Təhsil nazirləri bir araya gəldibackend

Noyabrın 29-da Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin təhsil nazirlərinin onlayn görüşü olub .

“Yeni Gundem” xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmurullayev onlayn görüşdə iştirak edir.

Nazir görüşlə bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qoşulmama Hərəkatına üzv dövlətlərin təhsil nazirlərinin onlayn görüşündə iştirak etdim. Bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi görüş zamanı çıxışımda pandemiya dövründə ölkəmizdə təhsilin davamlılığının təmin edilməsi məqsədilə atılmış addımlar, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində təhsil sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarını məlumatlandırdım.”-deyə Emin Əmurullayev yazıb.

Fərahim RƏHİMOV