“Qrip əleyhinə peyvəndləri hamilə qadınlar da vurdura bilər”backend

“Bəzi insanlarda hərarət günlərlə davam edir. Bu, yanaşı xəstəliyi olan, mütəmadi dərman qəbul edən insanlar respirator xəstəlikləri daha ağır formada keçirir”.

“Yeni Gundem” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, risk qrupuna 6 aylıqdan 5 yaşa qədər olan uşaqlar və 50 yaşdan yuxarı şəxslər daxildir:

“Bundan əlavə revmotoloji xəstəliklər səbəbindən dərman qəbul edən, onkoloji xəstəliyi olanlar, hamilələr, orqan transplantasiyası olunmuş insanlarda koronovirus, qrip və bu kimi xəstəliklər ağır keçir. Risk qrupundan olan insanlar qorunmaq üçün ilk olaraq virusa təmas etməmək lazımdır. Qapalı məkanlara az-az getmək lazımdır. İkincisi, virus insan bədəninə təmas edərsə, risk qrupunda olan insanlar öncədən peyvənd olunmalıdır. Peyvənd hər il oktyabr ayından başlayaraq, fevral ayı daxil olmaqla peyvənd ola bilərlər. Səhiyyə Nazirliyi tərəfindən ölkəyə (İİV 4) inaktiv qrip peyvəndi gətirilərək bütün poliklinikalara paylanılıb. Hər kəs ödənişsiz peyvənd ola bilər. Hamilə qadınlar da rahatlıqla bu peyvəndi vurdura bilərlər, peyvəndin heç bir fəsadı yoxdur. Ancaq allergiya keçmişi olan insanlar bu peyvəndi vurdurmamalıdırlar. Yüngül allergiyası olanlar isə peyvəndi xəstəxanada nəzarət altında vurdurmalıdır”.