Qriqoryan nə demək istəyir? – ŞƏRHbackend

“Ermənistan sülh sazişinin mətni üzərində işləməyə davam edir və tezliklə redaktə olunmuş variant Bakıya təqdim ediləcək. İrəvanda sülh müqaviləsinin iki variantı var: “Onlardan birini Azərbaycan, digərini isə Rusiya təklif edib. Hələ ki, bu təkliflər yalnız kağız üzərində mövcuddur və birgə iş üçün yekun variant seçilməyib”Xəbər verdiyimiz kimi, bu sözləri dünən  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.Qriqoryan bunları deməklə hansı mesajları verir?

Mövzu ilə bağlı Yeni Gundem”açıqlama verən siyasi ekspert Vüqar Əhmədov bildirdi ki, Azərbaycan və Ermənistan arasında nəzərdə tutulan sülh müqaviləsi ilə bağlı vəziyyət qeyri müəyyəndir:

“Baxmayaraq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki ,Bakı və İrəvan Rusiya tərəfindən təklif olunan sənəd üzərində işləyir.Qeyd ediblər ki,onlara bu təklif Qərb tərəfindən deyil,Bakı və Moskva tərəfindən edilib.Amma real əməldə başqa şeyi müşahidə edirik.Ermənistan prossesi uzatmağa davam edir.Əslində hər şey Rusiya tərəfindən başladılıb.Üçtərəfli bəyanatda bütün məsələlər qeyd edilib.Sərhədlərin delmitasiya və demarkasiyası, rus sülhməramlıların Qarabağda yerləşdirilməsi və digər məsələlər əksini tapmışdır.”

Siyasi şərhçi həmçinin qeyd etdi ki,son baş verənlər prossesləri gərginləşdirdi:

“Həm Ermənistanın öhdəlikləri yerinə yetirməməsi, prossesləri Qərbə doğru aparmağı, Rusiyada müəyyən narahatlıqlar yaratdı.Digər tərəfdən müəyyən ümidlər var idi.Son olaraq Praqa görüşündə Fransa Prezidenti Emanuel Makronun iştirakı, Azərbaycana uyğunsuz təkliflər verməsi elə bir gərgin vəziyyət yaratdı ki,Qərb tərəfindən hər hansı sülhün imzalanması real görünmür.Biz bilir ki,ATƏT-in Minsk qrupu illərdir ki,heç bir nəticə ortaya qoymadı.Dünyanın indiki vəziyyətində bu yanlız münasibətləri mənfiləşdirəcək.Çünki ortada üçtərəfli saziş, Türkiyə-Rusiya birgə monitorinq mərkəzi var.”

Onun sözlərinə görə Armen Qriqoryanın son bəyanatı müəyyən mesajlar verir:

“İndi Ermənistan tərəfindən açıqlanan bəyanatlar müəyyən ümidlər doğurur ki,Qərb tərəfindən təklifləri təkzib edib,yanlız Bakı və Moskva da gələn təkliflər üzərindən işləyirlər.Bu müəyyən mesajlar verir ki, Ermənistan Bakı və Moskva çərçivəsində sülh müqaviləsinə baxa bilər.Əgər bu baş versə,əsas Azərbaycan üçün nəticədir.Önəmli olan konstruktiv yanaşmanın olmasıdır.”

Fərahim RƏHİMOV