“QRU” agenti Paşinyanı Zəngəzur dəhlizindən rəsmən imtina etməyə çağırdı…backend
Təəssüf ki, Azərbaycanda da bu təxribatçıyla həmfikir olan casuslar var…
“İran Naxçıvanla sərhəddə 130 min əsgər toplayıb. Və Ermənistanda deyirlər ki, türk dəhlizi ilə bağlı heç bir problem yoxdur. Ermənistanın “Türkiyə dəhlizi” adlanan Zəngəzur dəhlizi ilə bağlı dəqiq mövqeyi yoxdur».
“Yeni Gündəm” xəbər verir ki,  Ermənistan teleqram-kanallarının yaydığı məlumata görə, bu təxribatçı fikirləri Rusiya Federasiyası  Silahlı Qüvvələrinin polkovniki, “hərbi ekspert” sayılan İqor Strelkov  ifadə edib.
“Sual olunur: Niyə Paşinyan türk dəhlizi ideyasını rəsmən rədd etmir? Nədən Azərbaycanın Ermənistan vasitəsilə Naxçıvana uçmasına icazə verilir? İran Azərbaycanı vurarsa, Ermənistan istədi, istəmədi, kiminsə tərəfində olmalıdır. Sülh sözlə deyil, güclə əldə edilir. Və əgər ermənilər vilayətdə yaşamaq fikri ilə razılaşırlarsa, bunu dürüst, açıq şəkildə bəyan etmələri düzgün olardı”.
Xatırladaq ki, polkovnik İqor Strelkov  Ukrayna ərazisindəki Rusiyanın qondardığı separatçı “Donbas Xalq Respublikası”nın keçmiş “müdafiə naziridir.  Artıq  son illər mediada “hərbi ekspert” kimi təqdim olunan bu zabitin “QRU”-nun (Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsi) agenti olduğu  və özü  Moskvanın diktəsi ilə  davrandığı bəlli olub… Onun indiki açıqlamaları ötən il bu günlər, yəni 44 günlük müzəffər savaşımız günlərində Azərbaycanla bağlı verdiyi “dəstək” bəyanatları arasında yerlə göy  qədər fərq var.
P.S.  Təəssüf ki, Azərbaycanda da bu təxribatçıyla həmfikir olan casuslar var…