Quba MRX-da ƏMƏK HAQQI SKANDALI: tibb işçilərinin maaşlarını kim mənimsəyir? – VİDEObackend

Quba Mərkəzi Rayon Xəstəxanasında çalışan bir neçə tibbi işçisi onlara almalı olduqları müddətli əlavələrin ödənilmədiyini bildirir. Onlar həmin vəsaitlərin xəstəxana rəhbərliyi tərəfindən mənimsənildiyini iddia edir.

7times.az xəbər verir ki, məsələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə ödənilməli olan müddətli əlavə vəsaitlərdən gedir. Şikayətçilərin sözlərinə görə, həmin əlavə ödənişlər xəstəxanada rəhbərliyin şəxsi maraqlarına görə bölüşdürülüb. Sonradan etiraz edən bir neçə kiçik tibb işçisinə də nəğd formada ödəniş edilib.

“Mən mart ayının 16-dan aprel ayının 1-nə qədər xəstəxananın koronavirus xəstələrinə baxmışam. Məni ora göndərəndə demişdilər ki, sənə əmək haqqının 3 misli məbləğində əlavə ödəniş veriləcək. Mənimlə çalışan bir neçə şəxsə o pullar verildi. Baş həkim məni çağırıb cəmi 200 manat pul verdi. Dəfələrlə etiraz elədim. Bunun qarşılığında mənə dedilər ki, istəmirsənsə gətir o pulu da geri qaytar…

Şikayətçi Marina Mirzəyeva bu barədə TƏBİB-ə məlumat verib. Məsələ ilə bağlı Quba MRX-na xüsusi komissiya da göndərilib. Amma gələn komissiya şikayətçi Marina Mirzəyeva ilə görüşüb dərdini belə dinləmədən çıxıb gedib. Daha sonra xəstəxananın baş həkimi Marina xanıma bildirib ki, bir də bu barədə harasa şikayət etsə o işdən azad ediləcək.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə ödənilməli olan müddətli əlavə vəsaitlərin mənimsənilməsi ilə bağlı müəyyən şübhələr olduğu üçün Qusar MRX-nın baş həkimi Mübariz Zeynalov barəsində cinayət işi açılıb və istintaq indiyə qədər davam etdirilir.

Xəstəxanın istilik sistemi üçün lazım olan cihazlar tibbi işçilərinə aldırılır. Hərə öz iş otağının isitmə qurğusunu öz vəsaiti hesabına almalıdır

Tibb işçilərini narahat edən digər bir məsələ isə baş həkimin onlardan binanın istilik sistemlərinin alınmasını tələb etməsidir. Quba MRX-da çalışan tibb işçiləri bildirir ki, binanın istilik sistemi üçün lazım olan avadanlığın (radiatorların) alınmasını xəstəxana rəhbərliyi onlara tapşırıb. Şikayətçi Marina Mirzəyeva imkanı olmadığı üçün payına düşən qurğuları ala bilməyib və bu səbəbdən qış aylarında oturduğu iş otağını elektrik qızdırıcılarla isitməli olub.

7times.az-ın məsələ ilə bağlı hazırladığı geniş videomaterialı təqdim edirik: