Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Ruçuq kənd sakini Fərhad Nəmətova məxsus fərdi evin həyətində müvafiq sənədləri olmayan bir ədəd “İj” markalı ov tüfəngi aşkarlanıb.
Faktla bağlı araşdırmalar aparılır. Həmin silahın hər hansı cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.