Qubada silah-sursat aşkarlandıbackend

Qubada silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan “Yeni Gundem”-ə verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən rayonun Dəvədabanı yaşayış massivində yol kənarında 4 ədəd ov tüfəngi və 84 ədəd müxtəlif çaplı güllələr aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.