Qubada Türkiyədən gətirilən “Orange ruby” ərik sortu becəriləcəkbackend

Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zərdabi adına Elmi Təcrübə Bazasında 1,7 hektar ərazidə yeni növ ərik bağı salınıb.

“Yeni Gündəm”ə daxil olan məlumata görə, ərik bağında Türkiyədən gətirilən “Orange ruby” ərik sortu becəriləcək. Yeni ərik sortunun məhsuldarlığı yüksəkdir və yerli şəraitə tez uyğunlaşır. Bağ sahəsində 5×4 və 4×2.5 sxemlərində 630 ədəd ting əkilib.

Təsərrüfatda ağacların suvarılmasını həyata keçirmək üçün damcı suvarma üsulu tətbiq olunacaq. Bu da tinglərin lazım olan qədər su, həm də dərman və gübrələrlə təmin olunmasını asanlaşdıracaq.