Quraqlıq səbəbindən 200-dən çox adam ölübbackend
Uqandanın şimal-şərqində bu ay yaşanan quraqlığın yaratdığı aclıqdan 200-dən çox adam ölüb.
“Yeni Gündəm” xəbər verir ki, Uqandada köçəri çobanların məskunlaşdığı yarımsəhra və ucqar Karamoca bölgəsi inkişaf baxımından ölkənin digər bölgələrindən xeyli geri qalır. Bu il rayonda silahlı dəstələrin mal-qaraya basqın etməsi vəziyyəti daha da gərginləşdirib.