Qurban Qurbanov: “Bu gün futbol xarakter oyunudur”backend

Mən bu yolu keçmişəm. Mənə də o qədər deyiblər ki, sən çalışqansan, amma məşqçi səni oynatmır. Bu, mənə yalnız mane olub. Özümü oyunda düzgün idarə edə bilməmişəm, bəzən hisslərimi cilovlaya bilməmişəm, vərəqə ilə cəzalandırılmışam. Düşünmək istəməsəm də, həmin fikirlər mənim beynimdə qalıb, bu da mənə təsir edib.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri “Qarabağ”FK baş məşqçisi Qurban Qurbanov mediaya açıqlaması zamanı deyib.

Baş məşqçi özünü narahat edən məsələ haqqındada danışıb:
“Ümumiyyətlə, belə şeylərdən çox məni futbolçunun öz xarakteri narahat edir. Bu gün futbol xarakter oyunudur. Sənin öz prinsiplərin olmadısa… Sən cəmiyyətin fikirləri ilə yox, futbol düşüncəsi ilə yaşamalısan. Peşəkar olmalısan. Sən özün-özünlə mübarizə aparmalısan. Yadınızdadırsa, bizim torpaqlarımız işğaldan azad ediləndən sonra mən dedim ki, özüm və komandam daha da ürəkli olmuşuq. Bu, həqiqətdir. Mən bu gün istəmirəm ki, komandamdakı oyunçular, xüsusilə də yerli futbolçular meydana ürəksiz, inamsız çıxsınlar. Əgər belədirsə, o, nəticə verə bilməyəcək. Bir oyun nəticə verəcək, iki oyun nəticə verəcək, insanlar onun haqqında danışacaqlar. Məsələn, deyəcəklər ki, Toral yaxşı oynayır, amma baş məşqçi onu oynatmır. Amma bilmirlər ki, futbolçu əvvəlki xarakterdə davam edirmi, belə oynayır, ya yox. Yəni, bilinmir ki, futbolçu qarşıdakı matçların hamısına eyni xarakter və istəklə hazırlaşır, ya yox. Məni narahat edən tək şey budur. Xarakter məsələsi!”.

Fərahim Rəhimov