Qurbanlıq heyvanların satışı və kəsimi yerləri – SİYAHIbackend

Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri barədə məlumat yayıb.

2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaqdır. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaqdır. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraqqurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcəkdir.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaqdır. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.

Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulmuşdur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcəkdir. Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz.

Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaqdır.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edir. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcəkdir.

Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkə daxil olmaqla və ya aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Rayon Ünvan Qeyd
Bakı şəhəri, Binəqədi rayonu 8 mkr., Cəfərxəndan 52C kəsim və satış
Biləcəri qəsəbəsi, Rəşid İsmayılov 9 kəsim və satış
Bakı şəhəri, Xətai rayonu Həzi Aslanov qəsəbəsi, İlham Məmmədov küçəsi 17/2 kəsim və satış
Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, H. Sadiq küçəsi 21 kəsim və satış
Binə qəsəbəsi, Ş. İ. Xətai küçəsi 78 kəsim və satış
Buzovna qəsəbəsi, H. D. Səmədzadə küçəsi, ev 28 kəsim və satış
Binə qəsəbəsi, Mərdəkan şosesi (Grandmarketin yanı) kəsim və satış
Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, S. Xəlilov küçəsi 13, “Qoç ət” MMC kəsim və satış
Bakı şəhəri, Nərimanov rayonu “Bakı Taxıl ” ASC-nin ərazisində ət kəsimi məntəqəsi, Ə. Əliyev 26 kəsim və satış
Keşlə Bazarı, Ə. Əliyev 36, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi kəsim və satış
“50 Qəpik” mağazasının ət kəsimi məntəqəsi, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi kəsim və satış
Bakı şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti 92, “ESE” MMC kəsim və satış
Heydər Əliyev prospekti 92, “Bəsit” firması kəsim və satış
M. Abbasov küçəsi, 2405-ci məhəllə kəsim və satış
Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi 217 kəsim və satış
Çobanzadə küçəsi 63 kəsim və satış
Bakı şəhəri, Pirallahı rayonu Pirallahı qəsəbəsi, S. Vurğun küçəsi kəsim və satış
Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa küçəsi kəsim və satış
Zabrat qəsəbəsi, Babək küçəsis kəsim və satış
Bakı şəhəri, Səbail rayonu Gülbala Əliyev küçəsi 20 kəsim və satış
Gəncə şəhəri Müseyib Bağırov küçəsi yalnız kəsim
Kəpəz rayonu, Sadıllı qəsəbəsi yalnız kəsim
Kəpəz rayonu, “Kəpəz-Bazarı” ASC-nin yaxınlığı yalnız kəsim
Lənkəran şəhəri Lənkəran şəhəri, Fizuli küçəsi (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış
Mingəçevir şəhəri Ərəş küçəsi kəsim və satış
Təbriz küçəsi kəsim və satış
Sumqayıt şəhəri Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A kəsim və satış
Sumqayıt şəhəri, Çerkassi küçəsi, 46-cı məhəllə, “Misiroğlu” MMC kəsim və satış
Şəki şəhəri Mikayıl Müşfiq küçəsi, “Halal Kəsim” MMC yalnız kəsim
Salman Mümtaz küçəsi yalnız satış
Şirvan şəhəri Heydər Əliyev prospekti (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış
Yevlax rayonu Aşağı Bucaq kəndi kəsim və satış
Salahlı kəndi kəsim və satış
Yevlax rayon, Aran qəsəbəsi kəsim və satış
Abşeron rayonu Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 180/90, “Səhliyalı” kiçik müəssisəsi yalnız kəsim
Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi 1, “Az Sağlam Qida” MMC kəsim və satış
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, “Canət” MMC kəsim və satış
Abşeron rayonu, Məmmədli kəndi kəsim və satış
Ağcabədi Rayonu Xocavənd kəndi yalnız kəsim
Aşağı Avşar kəndi kəsim və satış
Ağdaş rayonu Ağdaş rayonu, H. Əliyev pr. 169 yalnız kəsim
Ağdaş rayonu, Heyvan bazarı yalnız satış
Ağstafa rayonu Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarı (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış
Balakən rayonu Balakən şəhəri, N. Rəfibəyli küçəsi 7 yalnız satış
Beyləqan rayonu Şəfəq qəsəbəsi (Ziyarətgah) kəsim və satış
Şəfəq qəsəbəsi (Ziyarətgah) kəsim və satış
Bərdə rayonu Qaradağlı kəndi kəsim və satış
Biləsuvar rayonu Biləsuvar şəhər H. Əliyev küçəsi yalnız satış
Cəlilabad rayonu Cəlilabad şəhəri, Qurtuluş pr-76 yalnız satış
Füzuli rayonu Bala Bəhmənli kəndi yalnız satış
Gədəbəy rayonu Gədəbəy şəhəri, M. Ə. Rəsulzadə küçəsi yalnız kəsim
Yenikənd kəndi yalnız satış
Goranboy rayonu Goranboy-Goran avtomobil yolunun 2-ci km-i, yolun sol hissəsi, Goranboy Rayon Su-Kanal İdarəsinin həyəti (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış
Göyçay rayonu Göyçay rayonu, Cəyirli kəndi yalnız kəsim
Qarabaqqal kəndi, heyvan bazarı yalnız satış
Göygöl rayonu Göygöl şəhəri, A. Şadlinski küçəsi 1 yalnız kəsim
Qızılqaya qəsəbəsi yalnız kəsim
Qızılca bələdiyyəsi ərazisi kəsim və satış
Xaçmaz rayonu Qaraqurdlu kəndi, “Şahdağ süd və ət” MMC kəsim və satış
İsmayıllı rayonu İsmayıllı şəhəri H. Əliyev pr. 7, “Yaşıl market” ticarət kompleksi kəsim və satış
Qax rayonu Qax şəhəri, İ. Dağıstanlı küçəsi 1 yalnız satış
Qazax rayonu Qazax şəhəri, Nəriman Nərimanov küç. 72A yalnız kəsim
Qazax şəhəri, Nəriman Nərimanov küçəsi yalnız satış
Qəbələ rayonu Qəbələ şəhəri, H. Əliyev pr. 9 yalnız satış
Qobustan rayonu Qobustan şəhəri, E. Vəliyev küçəsi kəsim və satış
Quba rayonu Quba şəhəri, “Dəvədabanı” yaşayış massivi kəsim və satış
Qusar rayonu Qusar şəhəri, Çingiz Qurbanov 10A kəsim və satış
Masallı rayonu Masallı şəhəri, H. Aslanov küçəsi yalnız satış
Masallı şəhəri, H. Aslanov küçəsi yalnız satış
Neftçala rayonu Neftçala şəhəri, M. Əsədov küçəsi yalnız satış
Saatlı rayonu Saatlı rayonu, Sarıcalar kəndi kəsim və satış
Salyan rayonu Ələt-Astara magistral avtomobil yolunun (köhnə) 58-ci km-i yalnız kəsim
Salyan rayonu, heyvan bazarı, kəsim məntəqəsindən 3-4 km aralı yalnız satış
Samux rayonu Tatlı kəndi kəsim və satış
Siyəzən rayonu Siyəzən rayonu, 1 saylı heyvan kəsim məntəqəsi kəsim və satış
Şabran rayonu Şabran şəhəri, M. Müşviq küçəsi 7 kəsim və satış
Şamaxı rayonu Şəhriyar qəsəbəsi, “Şirvan” ticarət kompleksi kəsim və satış
Şəmkir rayonu Həbibli-1 MMC, Şəmkir şəhəri, 20 yanvar küç. 35 (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış
Tərtər rayonu Tərtər şəhəri, Cavanşir küçəsi 84 yalnız kəsim
Tərtər şəhəri, F. Qulami küçəsi yalnız satış
Tovuz rayonu Tovuz şəhəri, Musa Musayev küçəsi yalnız kəsim
Qovlar şəhəri, Vağzal küçəsi yalnız kəsim
Tovuz rayonu, Ceyrançöl ərazisi, “Tovuz Agro” MMC yalnız kəsim
Aşağıquşçu kəndi, heyvan bazarı yalnız satış
Zaqatala rayonu Aşağı Tala kəndi yalnız kəsim
Muxax kəndi kəsim və satış
Əliabad qəsəbəsi kəsim və satış
Zərdab rayonu Zərdab şəhəri, Füzuli küçəsi 17 kəsim və satış