Türkmənistan rəsmiləri türkmən xalqının milli lideri, Xalq Şurasının sədri və eks-Prezident Qurbanqulu Berdiməhəmmədovun anasının vəfat etdiyini təsdiqləyib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə TDX dövlət agentliyi məlumat yayıb.
Oqulabat Berdiməhəmmədovanın 86 yaşında vəfat etdiyi açıqlanıb.
Xatırladaq ki, Oqulabat Berdiməhəmmədova hazırkı dövlət başçısı Sərdar Berdiməhəmmədovun da nənəsidir./APA