Qusarda Milli Qurtuluş Günü ilə bağlı iclas keçirildi – FOTObackend

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatında Milli Qurtuluş günü münasibətilə gənclərin iştirakı ilə tədbir keçirilmişdir.Tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən, Hüquqşunas YAP üzvü Samirə Qasımova qeyd etdi ki, bugünkü qüdrətli, güclü, qalib Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları hər kəsin yaddaşındadır.

Ulu öndər Heydər Əliyevin gördüyü işlər, onun Vətəninə, dövlətinə, xalqına nə qədər bağlı olduğunu nümayiş etdirir. O, hələ hakimiyyətinin birinci dövründə- 1969-1982-ci illərdə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən önəmli addımlar atmışdır. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. 

15 iyun 1993-ci il Heydər Əliyevin hakimiyyətə qayıdısi olub.
Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi ilk dönəmdə atdığı addımlar keçmiş Sovetlər Birliyində Azərbaycanı ən inkişaf etmiş ölkələrdən birinə çevirmişdisə, yenidən hakimiyyətə qayıdışı ölkəmizi və xalqımızı yox olma təhlükəsindən xilas etdi. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrü birləşdirən ən vacib cəhətlərdən biri isə Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət, verdiyi dəyər olub.
Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.
Qurtuluş Günü olmasaydı, biz sonrakı qələbələrdən, nailiyyətlərdən, yüksək göstəricilərdən, beynəlxalq aləmdə qazandığımız uğurlardan danışa bilməzdik.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin hakimiyyəti dövründə gənclik illərini yaşayan mərd,mübariz Azərbaycan oğul və qızları tezliklə Azərbaycan naminə ən böyük uğurlara və qələbələrə imza atmağa başladılar. Şübhəsiz ki, bu qələbələrin zirvəsi də Ali Baş Komandanın rəhbərliyi ilə mütləq əksəriyyəti bu gənclərdən formalaşan rəşadətli Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı düşmən tapdağından böyük qəhrəmanlıqla azad etməsi idi. Heç bir zaman görmədikləri bu torpaqlar uğrunda canından keçən Azərbaycan əsgərinin qələbəsinin təməlində dahi şəxsiyyətin miras qoyduğu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət dayanırdı. Bunun nəticəsi idi ki, Azərbaycan gəncliyi, xalqımız bir yumruq ətrafında birləşmişdi.
Bu gün Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır. Vətən müharibəsində qazanılan möhtəşəm qələbə regionumuza yeni reallıqlar gətirib. Bu reallıqlar isə Azərbaycan gəncliyinin üzərinə yeni vəzifə və öhdəliklər qoyur.Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin vəsiyyətini, xalqımızın 30 illik arzularını yerinə yetirib.
Artiq Milli Qurtuluş Gününü ərazi bütövlüyünü təmin etmiş bir dövlət kimi qeyd edirik!
Ulu öndərin əsasını qoyduğu Azərbaycan gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edir və yeni qələbələrə imza atır.
Fəxr edirik ki, biz tarixin ən ali zirvəsində yerini alan dahi şəxsiyyətin qurduğu və görmək istədiyi müstəqil Azərbaycanın gəncləriyik.