Qusarda polis toy şənliklərində nəzarət-profilaktiki tədbirlər keçirib – FOTObackend

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində olan toy şənliklərində nəzarət-profilaktiki tədbirlər keçirilib.

Bir neçə toy mərasimində  karantin rejim qaydalarının pozulması müəyyən edilib.

Bəzi şadlıq evlərində və həyətlərdə təşkil olunmuş palatka məclislərində  əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, Covid-19 pasportu olmadan insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimlərinin təşkil edildiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan qaydalara riayət  etməyən obyekt sahibləri və həyətlərdə keçirilən məclis təşkilatçıları barədə qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edib.