Qusarlı gənclər Ulu Öndərin abidəsini ziyarət ediblər – FOTOLARbackend

10 may 2022-ci il tarixində Azərbaycan tarixinin nadir şəxsiyyətlərindən biri olan, öz həyat salnaməsi ilə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan, öz millətinə, xalqına həmişə xidmət edən və bu xidmətləri ilə Azərbaycanlıların qəlbində, yaddaşında əbədiləşən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir və konsert proqramları keçirilir.

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının üzvü Samirə Qasımova və Qusar gəncləri Ulu Öndərin abidəsini ziyarət ediblər.

”Yeni Gündəm”-in verdiyi məlumata görə, Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib, məzarı önünə gül dəstələri qoyulub.