Quterreş Baydenlə görüşəcəkbackend

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ Prezidenti Co Bayden ilə görüşəcək.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı Antonio Quterreş açıqlayıb.

Onun sözlərinə görə, görüşün sentyabrın 20-si keçirilməsi planlaşdırılır.

“Sentyabrın 21-dən 27-nə qədər BMT Baş Assambleyasının yüksək səviyyəli sessiyası keçiriləcək. Düşünürəm ki, Prezident Bayden ilə bazar ertəsi günü görüşəcəyəm”, – deyə Quterreş qeyd edib.