Quterreş taxıl sazişinə görə çağırış etdibackend

Taxıl sazişi çərçivəsində sazişlər martın 18-dən sonrakı müddətə uzadılmalıdır.

“Yeni Gundem” xəbər verir ki, bu fikirləri BMT-nin baş katibi Antonio Quterreş deyib.

“Mən taxıl müqaviləsinin martın 18-dən uzadılmasının və təşəbbüsün məqsədlərinə uyğun olaraq Qara dəniz vasitəsilə ixrac infrastrukturundan maksimum istifadə üçün şəraitin yaradılması üzərində çalışmağın vacibliyini vurğulamaq istəyirəm”, – Quterreş bildirib.

O qeyd edib ki, Rusiya və Ukraynadan gübrə və taxıl ixracı dünyanın ərzaq təhlükəsizliyi üçün əsas əhəmiyyət kəsb edir.

Quterreşin sözlərinə görə, taxıl müqaviləsi çərçivəsində Ukrayna limanlarından 23 milyon ton taxıl ixrac edilib. “Ukrayna, eləcə də Rusiya taxıl və ərzağının ixracı dünya ərzaq təhlükəsizliyi və ərzaq qiymətləri üçün mühüm əhəmiyyət kəsb edir”, – BMT-nin baş katibi vurğulayıb.

Fərahim Rəhimov