Quzey Kıbrıs XİN: “Suveren bərabərliyimizin tanınması ilə bağlı siyasətimiz prinsipial məsələdir”backend

Avropa İttifaqı (Aİ) Ümumi İşlər Şurasında alınan qərarla, qərardan sonra Rum Administrasiyasının (GKRY)  Xarici İşlər Nazirliyinin verdiyi açıqlamanı tamamilə rədd edirik. 

“Yeni Gundem” 
xəbər verir ki, bu, Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Açıqlaamda qeyd olunur ki, Aİ-nin öz prinsiplərinə zidd olaraq qərar və bəyanatlarının yeganə məqsədi Kopenhagen kriteriyalarına uyğun gəlməyən, genişlənmə tələb edən Almaniyanı məmnun etmək və yunanların vetosuna mane olmaq üçün üzv qəbul etdiyi Kipr Rum Administrasiyasını razı salmaqdır. “Onu da xatırladaq ki, adada status-kvonun davam etdirilməsinin əsas rəhbərləri Aİ və xüsusilə Rum Administrasiyasının Xarici İşlər Nazirliyidir, – deyə bildirilir.

“Aydındır ki, Kipr Rum tərəfi və tərəfdarları adamızda və bölgəmizdə baş verənləri düzgün təhlil etməkdən uzaqdırlar. Kıbrıs danışıqları prosesində yaşananlar təsdiq edir ki, danışıqlar Kıbrıs Türk Xalqını nəticəsiz bir prosesə sürükləyir və xalqımızın zərərinə status-kvonun yekunlaşmasına gətirib çıxarır”, XİN qeyd edir.

“Artıq Kipr Rum tərəfi üçün rahatlıq zonası təmin edən status-kvonun BMT Təhlükəsizlik Şurasının müvafiq sözdə qətnamələri ilə həll edilə bilməyəcəyi və bu qərarların dəyişən şərtlərdən çox geri qaldığı anlaşıldı. Ona görə də Quzey Kıbrıs Türk Cümhuriyyəti Türkiyə Cümhuriyyəti ilə məsləhətləşərək, suveren bərabərliyimiz əsasında yeni baxışını ortaya qoydu. Bu baxış realist və dəyişən şəraitə uyğunlaşa bilən konstruktiv baxışdır.

Kiprin Rum Xarici İşlər Naziri İoannis Kasoulidisin “Suveren bərabərliyimizi tanımağı ilkin şərt kimi qoyuruq” açıqlaması KKTC-nin mövqeyini anlamadığını göstərir.

Xüsusilə vurğulamaq istərdik ki, suveren bərabərliyimizin tanınması ilə bağlı siyasətimiz prinsipial məsələdir və bizim hüququmuzun tanınmasıdır”, açıqlama bu ifadələrlə yekunlaşıb.