Quzu əti bahalaşıb – VİDEObackend

Quzu ətinin qiyməti bahalaşıb. Artım daha çox 8-11 kiloqramlıq əmlik quzu ətində özünü göstərir.

“Yeni Gündəm” xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, satıcılar deyirlər ki, indi 1 kiloqram əmlik quzu əti 17 manatadır.

 

 

Çəkisi 14 kiloqramdan ağır olan quzu ətinin qiyməti isə nisbətən aşağıdır.

Satıcıların sözlərinə görə, ölkədə quzu qıtlığı var. Üstəlik, bütün sahələrdə baş verən bahalaşma də quzu ətinin qiymətinə təsir edib.

Qeyd edək ki, qiymətlərin hələlik ucuzlaşacağı gözlənilmir.

“Yeni Gündəm” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: