Filippində sosial şəbəkədə canlı yayım zamanı qətl törədilib. Filippində radio aparıcısı DJ Conni Uoker kimi tanınan Xuan Cumalon canlı yayım zamanı güllələnərək öldürülüb.
“Yeni Gundem” xəbər verir ki, Filippin prezidenti Ferdinand Markos hücumla bağlı açıqlama verib.
Yerli mətbuatın polis qaynaqlarına əsaslanaraq verdiyi xəbərdə, hücumçunun “efirdə vacib bir şey elan etmək” üçün Cumalonun yayımladığı studiyaya girmək üçün icazə istədiyi ifadə edilib.
Filippin Milli Jurnalistlər Assosiasiyası hücumun Cumalonun radio stansiyası kimi də istifadə etdiyi evində baş verdiyini açıqlayıb.
Filippin prezidenti Ferdinand Markos Cumalonun qətlini pisləyib və “təqsirkarların tez bir zamanda məsuliyyətə cəlb edilməsi üçün hərtərəfli təhqiqatın aparılmasını” əmr etdiyini bildirib.
Mənbə: hurriyyət.tr
Aynur Camal