“RAHAT” Supermarketlər şəbəkəsi Masallıda – VİDEO/FOTOLARbackend

Masallı şəhərində Rahat marketlər şəbəkəsinin yeni filialı fəaliyyətə başladı.

Asiya.az xəbər verir ki, yeni filialın açılışı ilə əlaqədar olaraq xüsusi endirimli və hədiyyəli məhsullar müştərilərə təqdim olunur. Kampaniyalar 10 dekabr tarixinədək davam edəcək.

Bundan əlavə digər Rahat supermarketlərdə olduğu kimi yeni Masallı filialında da həftəsonu endirimlər və kampaniyalar olacaq.

Qeyd edək ki, açılışda “Rahat” supermarketlər şəbəkəsinin rəhbəri və Azərbaycan Pərakəndəçilər Assosiasiyasının direktoru Samir Abdullayev də iştirak edib.

Tədbirdə bir sıra layihələr üzrə fikir mübadiləsi də aparılıb.

Ünvan: Masallı şəhəri, H.Əliyev prospekti 171 (Əvvəlki Univermaq)