Rahib Məmmədzadə klipini təqdim edib-Videobackend

Akademik Musiqili Teatrın gənc aktyoru Rahib Məmmədzadə ilk klipini təqdim edib. Məmmədzadə artıq bir aydan çoxdur davam edən «Vətən müharibəsi» də doğma torpaqlarımızı işğaldan azad edən qəhrəman bacı-qardaşlarımıza həsr edib. Rahib fikirlərini bizimlə bölüşüb.

«Azərbaycan xalqı ən gözəl günlərini yaşayır. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə İgid əsgər və zabitlərimiz sayəsində doğma torpaqlarımıza geri dönürük. Bu günlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılır. Sentyabrın 27-dən bu günə, ağır, həm də qürurlu günlər yaşayırıq. Artıq biz qalibik! Vətəndaşlarımız öz doğma yurdlarına geri dönür. Mən «Azərbaycan» adlı klipimi bütün xalqımıza, əsgər, zabitlərimizə və şəhidlərimizə həsr edirəm. Yaşasın Azərbaycan!

Klipin rejissoru Rahibin anası Sevinc Məmmədovadır. Sevinc xanım da klip haqda fikirlərini bizimlə bölüşüb:
«Mənim ilk klipimdir, bildiyiniz kimi vətənpərvərlik mövzusunda çəkilib. Çəkilişlər Bakı və Şamaxıda oldu. Klipin əsas mövzusu Polad Həşimov kimi qəhrəmanların və digər millətlərdən olan igidlərimizi yad etmək olub. Umumiyyətlə Azərbaycan uğrunda vuruşan hər bir kəs bizə əzizdir. Onları nəinki əlamətdar günlərdə, həmişə yada salmalıyıq. Azərbaycan qələbələr qazanır, sevincimizin həddi yoxdur. Bu klipdə əziyyəti olan hər kəsə təşəkkür edirəm, gələcəkdə daha böyük lahiyələrdə görüşənədək.»

Mahnının bəstəkarı Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, ABŞ-ın «Global Hart Media» şirkətinin istehsal etdiyi 2 verlişinin musiqi tərtibatçısı, «Təbriz 2018» beynəlxalq tədbirin himninin müəllifi Tural Məmmədlidir.

Sözləri tanınmış şairə Nailə Məmməd-Zəfərliyə məxsusdur. «Mübariz qadın» kitabında yer alan Azərbaycan şeiridir.
Musiqi: Tural Məmmədli
Söz: Nailə Məmməd-Zəfərli
Aranjiman: Tural Məmmədli
Orkestr: Etno Class
Miz&mastering Samir
Operatorlar: Aydın Məcid, Kamal Məmmədov
Koordinator: Azər Qurbanov
Rahibin anası rolunda: Nərvin Həsənova

Yenigündəm.az