Raket hücumları davam edirbackend

Hizbullah Livanın cənubundakı sərhəd bölgəsində İsrail əsgərlərinə idarə olunan raketlərlə hücum edib. Hücumdan sonra bəzi bölgələrə İsrail artilleriya birliklərinin yerləşdirildiyi açıqlanıb.

Hizbullah İsrail-Livan sərhədində baş verən qarşıdurmalarla bağlı yazılı açıqlama yayıb. Açıqlamada Livanın cənubundakı sərhəd bölgəsində yerləşdirilən bir qrup İsrail əsgərinin idarə olunan raketlərlə hücuma məruz qaldığı, hədəflərin tam dəqiqliklə vurulduğu bildirilib.

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə İsrail artilleriya birləşmələrinin Livanın sərhəd bölgəsində yerləşən Ayta əl-Şaab, Mervahin, Meys əl-Cəbəl, Ed-Duheyra və Blida qəsəbələrinin ətrafını vurduğu bildirilib.

İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda oktyabrın 8-dən bəri səngimir.

Mənbə: TGRT

Aynur Camal