Ramil Cəfərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirildibackend

Sentyabrın 9-da saat 07 radələrində 1979-cu il təvəllüdlü Cəfərov Ramil Baldadaş oğlunun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan “Yeni Gundem”-ə bildirilib ki, R.Cəfərova xəsarət yetirən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.