“Ramil məni aldatdı, birinci və axırıncı dəfə olacaq…” – Qurban Qurbanovbackend

“Ramil məni aldatdı, oturduğu yerdən dedi ki, penaltini Musa vursun. Bir az intizamdan kənara çıxdıq”. 

“Yeni Gundem” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Azərbaycan Premyer Liqasının 13-cü turunda “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra danışıb.

Təcrübəli mütəxəssis oğlu Musa Qurbanlının matçın son dəqiqələrində yararlana bilmədiyi penaltidən söz açıb:

“Musa penalti vuranda da çox şey fikirləşmədim. Birinci və axırıncı dəfə oldu. İntizamdan kənara çıxmaq olmaz. Bombardirlik yarışında heç vaxt intizamdan kənara çıxmamışam. Dəfələrlə olub ki, kimsə penalti vurmaq istəyib, amma əsas penalti vuran olub”.