Ramil Nabran: “Mənə deyirdilər ki, sənin mahnılarınla kəndləri alırıq”backend

Xəbər verdiyimiz kimi 44 günlük müharibə dövründə reper Ramil Nabran da daim əsgərlərimizin yanında olub.

Reper hətta menecerinin də döyüşlərdə iştirak etdiyini bildirib:

“Mənim qələbə sevincim hədsiz-hüdudsuzdur. “Salam Qarabağ” mahnımı Qarabağı birinci görən əsgərlərimiz üçün bəstələmişəm. O mahnıyla mən hər şeyi demişəm. Allah xalqımızı qorusun. Döyüşlər ərəfəsində üç dəfə cəbhə bölgəsinə getdik, əsgərlərimizə sovqat apardıq. Hazırda isə menecerim İbrahim Məmmədov cəbhədədir. Bir çox dostlarım da cəbhədədir. Onlarla danışanda mənə deyirdilər ki, sənin mahnılarınla kəndləri alırıq, yəni o pozitivliyi yaşayırdılar. Qələbədən sonra monoloq yazmışam və bu da şəhid gətirən zabitlərin monoloqudur, çox tükürpədən bir ifadır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, bu qalibiyyəti onlara borcluyuq”.Moderator