Ramin Məmmədov, Məşhur Məmmədov, Ziyafət Əsgərov və Zahid Oruca yeni vəzifə verildibackend

Milli Məclis (MM) Parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplar yaradıb.

MM-in bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Ramin Məmmədov, Azərbaycan-Sinqapur parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Məşhur Məmmədov, Azərbaycan-Tunis parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Ziyafət Əsgərov, Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna isə Zahid Oruc rəhbər seçilib.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.