Ramin Məmmədov seçicilərlə onlayn görüş keçirdibackend

64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizədi Ramin Məmmədov seçiciləri ilə nöbəti dəfə onlayn görüş keçirdi.

“Yeni Gündəm” xəbər verir ki, Milli Məclisin deputatı Ramin Məmmədov qeyd edib ki, seçicilərlə ünsiyyət, onları düşündürən məsələlərin müzakirəsi və həlli istiqamətində fəaliyyətin təşkil olunması seçildiyim ilk gündən etibarən mənim üçün prioritet təşkil etməkdədir.

Qeyd edək ki, Ramin Məmmədov növbəti online görüşü çərçivəsində Sabirabad rayonunun müxtəlif kəndlərini (Moranlı, Balahəşimxanlı, Nərimankənd, Əhmədabad, Qaratoğay, Əliləmbəyli, Çöl Beşdəli) təmsil edən dəyərli seçicilərlə ətraflı və məhsuldar müzakirələr apardı.