Ramiz Mehdiyev bu şəxsləri işdən azad etdibackend

Azərbaycan Milli Elmlər Akademiyasının iki direktoru vəzifəsindən azad edilib.

“Yeni Gündəm” xəbər verir ki, akademik Telman Əliyev öz xahişi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub və AMEA-nın müşaviri təyin edilib.

AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Həmçinin akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənməsi qərara alınıb.

Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov təyin olunub.