Ramiz Mehdiyevin gömrükdəki general qohumu istefa verdi – FOTObackend

Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Hüseynqulu oğlu Mehdiyevun tutduğu vəzifədən azad olunduğu barədə xəbər yayılıb.

“Yeni Gundem” xəbər verir ki, məlumatda Telman Mehdiyevin yaş həddi ilə əlaqədar öz ərizəsisinə əsasən təqaüdə göndərildiyi bildirilir.

Telman Mehdiyevin Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti Ramiz Mehdiyevin yaxın qohumu olduğu söylənilir.

O, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi postuna 2022-ci ilin yanvarında təyinat almışdı.

Modern.az