Ramiz Mehdiyevlə bağlı açıqlamabackend

19-20 mart tarixlərində bəzi ölkə saytlarında Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA)  prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində ciddi problemlərin yarandığına, vəziyyətinin pisləşdiyinə dair həqiqətə uyğun olmayan xəbər yayılıb.

Azərbaycan Milli Elimlər Akademiyasından İctimaiyyətin diqqətinə çatdırırırlar ki, yayılan bu informasiyanın heç bir əsası yoxdur, akademik Ramiz Mehdiyev özünü kifayət qədər yaxşı hiss edir.

«Mətbuat sahəsində çalışan həmkarlarımızı jurnalist etikasının qaydalarına riayət etməyə çağırır, cəmiyyəti yalan məlumatlarla çaşdırmamağı xahiş edirik. Həmçinin, xatırlatmaq istəyirik ki, saxta məlumatları tirajlayanlar peşəkar olmadıqlarını nümayiş etdirir, insanlarda özləri haqqında qeyri-ciddi təəssürat yaradırlar», – AMEA-nın mətbuat və informasiya şöbəsi qeyd edir.